mediaxeber.info
mediaxeber.info

Gözlə bizi, can Azərbaycan - Binəli Yıldırım

3-12-2019 | Oxunub: 404 |

Gözlə bizi, can Azərbaycan - Binəli Yıldırım

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirəcək.

Mediaxeber.info xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Binəli Yıldırım şəxsi Tvitter mikrobloqunda paylaşım edib.

"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbirsizlənirəm. Gözlə bizi, can Azərbaycan", - deyə sabiq baş nazir paylaşımda qeyd edib.

Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA