mediaxeber.info
mediaxeber.info

Binəqədidəki yanğınla bağlı rəsmi məlumat verilib

8-01-2020 | Oxunub: 348 |

Binəqədidəki yanğınla bağlı rəsmi məlumat verilib

Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır.

Mediaxeber.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Report yanvarın 5-də Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evin qarət olunduqdan sonra yandırıldığı barədə xəbər yayıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA