mediaxeber.info
mediaxeber.info

Bakı-Sumqayıt yolunda tıxac: Tbilisi prospektindən Xırdalana qədər

14-01-2020 | Oxunub: 448 |

Bakı-Sumqayıt yolunda tıxac: Tbilisi prospektindən Xırdalana qədər

Bu gün saat 17:00 radələrindən başlayaraq Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Mediaxeber.info xəbər verir ki, tıxac öncə sadəcə Xırdalan dairəsi ətrafında müşahidə olunsa da, sonradan sıxlaşaraq Tbilisi prospektinə qədər uzanıb.

Ərazidə olan əməkdaşımız bildirir ki, “20 Yanvar” dairəsindən “Ekologiya postu”na qədər olan məsafəni 1 saat 40 dəqiqəyə qət edib.
Bundan başqa Sulutəpə dairəsindən Xocahəsən dairəsinə gedən yolda da böyük tıxac yaranıb.

Xocahəsən dairəsində vəziyyət daha acınacaqlı olduğu üçün Sumqayıt yolundan həmin istiqamətə dönən avtomobillər də çətinliklə üzləşiblər. Bu yola dönməkdə çətinlik çəkən bəzi sürücülər ərazidən çıxmaq üçün avtomobillərini arxaya sürərək “Ekologiya postuna” doğru irəliləyiblər.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA