mediaxeber.info
mediaxeber.info

Bu avtomobillər gömrük rüsumundan azad edildi

5-02-2020 | Oxunub: 304 |

 Bu avtomobillər gömrük rüsumundan azad edildi

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.

Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA