mediaxeber.info
mediaxeber.info

Türk ordusu şəhidlərin qisasını belə aldı: 76 ölü

3-02-2020 | Oxunub: 432 |

Türk ordusu şəhidlərin qisasını belə aldı: 76 ölü

İdlibdə Suriya hökumət qüvvələriylə toqquşma nəticəsində Türkiyənin 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

Mediaxeber.info xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə situasiyanın normallaşmayacağı halda Ankaranın sakit qalmayacağını bildirmişdi.
***
Suriyada 76 rejim əsgəri zərərsizləşdirilib.

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Soçi və Astanada təyin olunan razılaşmalar çərçivəsində başladılan prosesin davam etdiyini söyləyən Akar dəfələrlə atəşkəsin elan olunduğunu, ancaq hər dəfə atəşkəs rejiminin pozulduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ərdoğan türk ordusunun endirdiyi 46 aviazərbə nəticəsində 35 rejim əsgərinin məhv edildiyini açıqlamışdı

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA