mediaxeber.info
mediaxeber.info

Əkizlər: “Pulu ödəndiyi üçün Nərgizi klipimizə çəkdik”

15-02-2019 | Oxunub: 1 104 |

Əkizlər: “Pulu ödəndiyi üçün Nərgizi klipimizə çəkdik”
Müğənnilər Sevil və Sevinc Səfərovalar tədbirlərin birində görüntülənib.

Mediaxeber.info-a yeni klipləri “Evlisən”dən söhbət açan ifaçılar ekran işində ikinci dəfə aktrisa Nərgiz Əliyevanın rol almasından danışıb.

Əkizlər bildirib ki, oxuyacaqları mahnı və klip ümumilikdə sifarişlidir:

“Mahnını sifarişlə oxumuşuq. Həmçinin, klipdə Dj Roşkanın, Nərgiz Əliyevanın da çəkilməsinin səbəbi budur. Pulları ödəndiyi üçün klipimizə çəkildilər. Çünki onların və bütövlükdə qonorarın hamısını bir xanım ödəyir. Ona görə də, biz heç nəyə qarışmamışıq”.

Qeyd edək ki, Sevil və Sevinc bundan əvvəl "Dərdin nədir"də Nərgizi, "Mashup"da isə Roşkanı çəkiblər.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA