mediaxeber.info
mediaxeber.info

AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?

26-12-2019 | Oxunub: 352 |

AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?

Dekabrın 28-də, saat 11:00-da AMEA Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Mediaxeber.info xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri haqqında məsələlər daxil edilib.

Qeyd edək ki, bir müddətdir sosial mediada bu vəzifəyə hazırkı vitse-prezidentlər - Nərgiz Paşayeva və İsa Həbibbəylinin adı ən real namizəd kimi hallanır.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA