mediaxeber.info
mediaxeber.info

Ölkə Prezidenti Saleh Məmmədova tapşırıq verdi ki...

27-12-2019 | Oxunub: 416 |

Ölkə Prezidenti Saleh Məmmədova tapşırıq verdi ki...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

Mediaxeber.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək bildirib:

Saleh Məmmədov: Cənab Prezident, həm də bu yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qısalacaqdır.

Prezident İlham Əliyev: Elədir, həm yanacağa qənaət olunacaq, həm də vaxta. Ona görə bu yolun çox böyük əhəmiyyəti var.

Saleh Məmmədov: Çox sağ olun ki, Siz buna önəm verirsiniz.

Prezident İlham Əliyev: Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm.

Saleh Məmmədov: Bəli, öz şirkətlərimizdir.

Prezident İlham Əliyev: Bəli, siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər. Yol infrastrukturunun səviyyəsinə görə biz dünyada 27-ci yerdəyik, böyük nəticədir. Həm əhatə dairəsi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çəkilib. Gələn il də bu templə gedəcəyik.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA