mediaxeber.info
mediaxeber.info

Bakıda dəhşət: Toya gedən gənclər qəzada öldü

29-11-2019 | Oxunub: 572 |

Bakıda dəhşət: Toya gedən gənclər qəzada öldü

Bu gün Binəqədi rayonunda ağır qəza hadisəsi baş verib.
Mediaxeber.info xəbər verir ki, “Xəzər” (Khazar) markalı avtomobil Bakı şəhərinin Binəqədi rayonunda yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü sürücü Ağarza Eldar oğlu Ağayev və sərnişin Rəşad Həsənov hadisə yerindəcə dünyasını dəyişiblər.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ağarza və Rəşad sinif yoldaşıdırlar və bu gün digər sinif yoldaşlarının toy mərasiminə gedirlərmiş.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA