mediaxeber.info
mediaxeber.info

Qazaxıstanda təyyarə qəzası: 15 ölü, 50 yaralı var

27-12-2019 | Oxunub: 356 |

Qazaxıstanda təyyarə qəzası: 15 ölü, 50 yaralı var

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu Fokker-100 təyyarəsi Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb.

Mediaxeber.info xəbər verir ki. qəza nəticəsində 14 nəfər ölüb.

Qeyd edilir ki, hadisə zamanı daha 35 nəfər xəsarət alıb.

"Bek Air" şirkətinin qəza ilə əlaqəsinin olub-olmadığı araşdırılır və bu müddətdə şirkətin fəaliyyəti dayandırılıb.

Fokker-100 təyyarəsinin 23 ildir istismarda olduğu bildirilib.

Ölkə Prezidenti Qasım Jomart Tokayev ölənləri ailəsinə başsağlığı verib, günahkarların ciddi şəkildə cəzalanacağını vəd edib.

Alma-Atı hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 40-a çatıb.

Bu barədə hava limanının saytı məlumat yayıb.

Qəza nəticəsində ölənlərin sayı 15-ə çatıb.

50 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 12-nin vəziyyəti ağırdır.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA