mediaxeber.info
mediaxeber.info

İranda şok statistika: Bir həftə ərzində 163 nəfər...

19-01-2020 | Oxunub: 372 |

İranda şok statistika: Bir həftə ərzində 163 nəfər...

Ötən həftə ərzində İranda 596 hadisə nəticəsində 163 nəfər həlak olub.

Mediaxeber.info xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, hadisələrin 141-i yol qəzaları (24%), 455-i isə digər hadisələr (76%) olub.

Sədr əlavə edib ki, hadisələr nəticəsində 1 536 nəfər yaralanıb.

Təşkilat sədri 1 314 nəfərin tibbi mərkəzlərə yerləşdirildiyini, 222 nəfərə yerində yardım edildiyini deyib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA