mediaxeber.info
mediaxeber.info

Elçin Cəfərov ev dustaqlığı ilə azadlığa buraxılıb

5-02-2020 | Oxunub: 340 |

Elçin Cəfərov ev dustaqlığı ilə azadlığa buraxılıb

Elçin Cəfərovla bağlı məlumat yayılıb.
Bakı Şəhər Prokurorluğu təqsirləndirilən Elçin Cəfərovla bağlı məlumat yayıb.

Mediaxeber.info-nun xəbərinə görə, məlumatda deyilir:

"Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyi üçün barəsində 18 yanvar 2020-ci ildə axtarış elan olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib və 25 yanvar 2020-ci ildə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçinin vəsatəti əsasında Elçin Cəfərovun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apellyasiya protesti verib".

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA