mediaxeber.info
mediaxeber.info

"Qarabağ"ın rəqibləri və oyun vaxtı bəlli oldu

30-08-2019 | Oxunub: 652 |

"Qarabağ"ın rəqibləri və oyun vaxtı bəlli oldu


İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Mediaxeber.info xəbər verir ki, püşkatmada Avroliqadakı yeganə təmsilçimiz "Qarabağ" klubunun rəqibləri məlum olub.

"Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Dudelanj" (Lüksemburq) komandaları ilə mübarizə aparacaq.
Ağdam təmsilçisi ilk turda İspaniya "Sevilya"sını qəbul edəcək.

Ölkə çempionu qrupdakı ikinci matçında Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. "Köhlən atlar" üçüncü turda doğma azarkeşlər önündə Kipr APOEL-i ilə qarşılaşacaq.

Avropa Liqası, qrup mərhələsi

I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya"

II tur

3 oktyabr

“Düdelanj” - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - “Düdelanj”

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA