mediaxeber.info
mediaxeber.info

Böyük Rusiya üzərində əzmkar qələbə

31-01-2020 | Oxunub: 368 |

Böyük Rusiya üzərində əzmkar qələbə

Rəqibimiz kifayət qədər güclü komanda idi. Amma biz də özümüzə inanırdıq. Çünki yaxşı heyətimiz var. Bu qələbəni biz komanda olaraq qazandıq. Kimin az, kim çox əziyyətinin olmasını heç kim hesablaya bilməz. Əlbəttə, inam olan yerdə yaxşı nəticə də qazanmaq mümkündür. Rusiya komandası üzərində qələbə bizim inamımızın mükafatıdır.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu sözləri dünya çempionatının elit-raund mərhələsində Rusiya yığmasına qalib gələn millimizin üzvü Rafael Vilela deyib.
Futzalçı qeyd edib ki, ilk matçda başqa heyət və oyun üslubuna malik komandaya qarşı çıxış etdik. Əlbəttə, fərqli qarşılaşmalardır. Əsas fərq bizim ilk oyunda şanslarımızı düzgün dəyərləndirə bilməməyimizdir. Xorvatiyaya qol vura bilmədik, amma Rusiya ilə oyunda 4 dəfə rəqib torunu silkələdik.
“Qol vurmaq hər zaman sevindirir. Ancaq biz bu yola komanda şəklində çıxmışıq. Ona görə də komandanın uğur qazanması şəxsi göstəricilərin önündə dayanır. Vacib olan komandamın qələbə qazanması və mənim də bu işdə əməyimin olmasıdır. Buna görə sevinirəm. Növbəti oyunumuzu Slovakiyaya qarşı keçirəcəyik. Rəqibə hər zaman hörmət etmək, oyuna ciddi köklənmək lazımdır. Güclü rəqibdir. Biz artıq Rusiya ilə oyunu unutmalıyıq, əksinə, Slovakiya ilə qarşılaşmaya konsantrasiya olmalıyıq”, - deyə futzalçı əlavə edib.
Qeyd edək ki, Rusiya millisi ilə oyunda futzalçılarımız 4:3 hesabı ilə qalib gəliblər. İlk matçda isə millimiz Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA