mediaxeber.info
mediaxeber.info

TANAP siyasi və təhlükəsizlik baxımdan çox önəmlidir - Qaxariya

30-11-2019 | Oxunub: 388 |

TANAP siyasi və təhlükəsizlik baxımdan çox önəmlidir - Qaxariya

TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.

Mediaxeber.info xəbər verir ki, bu sözləri TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib.

Baş Nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını deyib. Onun sözlərinə görə, TANAP enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, ölkəsinin tranzit funksiyasının önəmini daha da artırır: "Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artımı, yeni iş yerləri açılmasını və milli təhlükəsizliyi təmin etməkdir. TANAP layihəsi bütün bu tələblərə cavab verir".

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA