mediaxeber.info
mediaxeber.info

Azərbaycanın bu ölkələrdən idxal dövriyyəsi açıqlayıb

23-12-2019 | Oxunub: 460 |

Azərbaycanın bu ölkələrdən  idxal dövriyyəsi açıqlayıb

Azərbaycanın ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları açıqlanıb
Azərbaycanın bu ilin 11 ayında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 482,3 milyon ABŞ dolları, İrandan 419,3 milyon dollar, Qazaxıstandan isə 197,5 milyon dollar təşkil edib.
Azərbaycan ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı artırıb. Türkiyədən idxalın dəyərində 44,9 milyon dollar, İrandan 48,7 milyon dollar, Qazaxıstandan isə 46,7 milyon dollar artım müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA