mediaxeber.info
mediaxeber.info

Şad xəbər: yanvarın 1-dən etibarən pensiyalar...

25-12-2019 | Oxunub: 492 |

Şad xəbər: yanvarın 1-dən etibarən pensiyalar...

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14-15 faiz artırılacaq.

Mediaxeber.info Xəzər TV-yə istinadla xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əmək haqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əmək haqlarında olan artıma görə müəyyən ediləcək.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA