mediaxeber.info
mediaxeber.info

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

31-01-2020 | Oxunub: 540 |

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində təmir işlərinə başlanılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mediaxeber.info-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik", - deyə AAYDA-nın məlumatında bildirilir.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA