mediaxeber.info
mediaxeber.info

Kurtlar Vadisinin Çakırı Bakıdan ev almaq fikrinə düşdü

3-12-2019 | Oxunub: 388 |

Kurtlar Vadisinin Çakırı Bakıdan ev almaq fikrinə düşdü

Türkiyəli tanınmış, "Qurdlar vadisi" filmində yaratdığı çakır obrazı ilə Azərbaycanda da çox tanınan aktyor Oktay Kaynarca geyim mağazasının açılışı münasibəti ilə Bakıya gəlib.
Aktyor açılışda jurnalistlərin suallarını cavablandırıb.

İkinci dəfə Bakıya gələn kino ulduzu şəhərimizin çox dəyişdiyini bildirib.

“Bu, mənim Bakıya ikinci gəlişimdir. Şəhəriniz inanılmaz dərəcədə dəyişib, binalara heyran qaldım. Hətta Bakıdan ev almaq fikrinə düşdüm. Bilirəm ki, burada da məni ən az Türkiyədəki qədər sevirlər. Bu, bizim üçün çox dəyərlidir. Pasport istifadə etməyə belə gərək yoxdur, çünki biz - Azərbaycan və Türkiyə bir dövlətdir. İki ölkənin birgə istehsalı ilə ərsəyə gələn bir filmdə rol almaq istərdim. İş qrafikim sıx olduğu üçün bu gəlişimdə gəzə bilmədim. Odur ki, gəzmək üçün Bakıya xüsusilə gələcəm. Hətta deyərdim ki, Bakı getdiyim bütün Avropa şəhərlərindən gözəldir".

Jurnalistlərin suallarını cavablandırdıqdan sonra aktyor Oktay Kaynarcanın Park Bulvar AVM-də imza günü keçirilib.

Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Kiğılı" mağazasının açılışında iştirak edən Oqtay Kaynarca sevənləri ilə görüşüb.

Qeyd edək ki, aktyorun pərəstişkarları ilə görüşündə inanılmaz izdiham yaşanıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA