mediaxeber.info
mediaxeber.info

Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı

3-12-2019 | Oxunub: 536 |

Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı

Ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdədir. Artıq bir neçə gündür sosial şəbəkələrdə sənət adamları xalq artisti Afaq Bəşirqızının millət vəkilliyinə namizəd olması ilə bağlı çağırışlar edirlər. Onlar A.Bəşirqızını xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər.

Məsələ ilə bağlı danışan A.Bəşirqızı hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib:

“Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm”.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı müraciəti müzakirə olunacaq.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA