mediaxeber.info
mediaxeber.info

AFFA-dan məntiqsiz qərar- "Heç-heçəyə görə 5000 min manat paylanıb"

29-03-2019 | Oxunub: 1 164 |

AFFA-dan məntiqsiz qərar- "Heç-heçəyə görə 5000 min manat paylanıb"

AFFA Azərbaycan-Litva ilə yoldaşlıq oyununa (0:0) görə milli komandanın üzvlərinə 5000 manat pul mükafatı verib.

Mediaxeber.info xəbər verir ki, "Futbol saatı" verilişinin aparıcısı Sənan Abdullayev “Yeni Sabah”a açıqlamasında məsələyə öz münasibətini bildirib.

O, Litva ilə yoldaşlıq oyunundakı heç-heçəyə görə pul mükafatının verilməsini məntiqli addım saymadığını və bunun ayrı-seçkilik olduğunu söyləyib:

“Bu məsələdə məntiq deyilən bir şey yoxdur. Litva ilə yoldaşlıq oyununa - heç bir əhəmiyyət kəsb etməyən oyuna görə 5000 manat verilirsə, bu artıq fərq qoymaqdır. Qurban Qurbanovun zamanında da bu tip oyunlar olmuşdu. Seçmə mərhələdə 2 qələbəmiz, 3 heç-heçəmiz vardı və 9 xal qazanmışdıq. Amma bu rəsmi oyunların heç birinə görə pul mükafatı verilmədi. 

Hamımız bilirik ki, futbolçular belə oyunlarda, xüsusilə milli komandalarda mükafatsız oynamırlar. Hətta klubda belə. Bu futbolçulara motivasiya verir. Litva ilə oyunda bu qədər ürəyiaçıqlıq edildi səxavət göstərildi, amma Azərbaycan tarixi üçün əhəmiyyətli olan Millətlər Liqasının qrupunda bu cür addımlar atılmadı.  Görünən odur ki, Millət Liqasında heç bir mükafat verməməklə ayrı-seçkilik etdilər.

Yoldaşlıq oyununa görə 5000 manatın verilməsini nəinki qəbul etmirəm, həm də gülməli baxıram. Hansı ki, Litva Lüksemburqa üç gün əvvəl uduzub. Meydanda da göründü ki, çox bərbad oynayan bir komandadır. Mənə maraqlıdır ki, Litva ilə adi heç-heçəyə görə 5000 verildisə, sabah rəsmi oyunlarda Macarıstanla, Slovakiyayla heç-heçəyə görə nə qədər verəcəklər? Yəqin, 40-50 min də ona görə verilər. Rəsmi oyunlardı axı. 

Bu xəbəri AFFA-nın rəsmisi də təsdiqləyib. Rəsmi bir şeydirsə, bu rəsmilik niyə Millətlər Liqasının qrupunda da tətbiq edilmədi?".

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA