mediaxeber.info
mediaxeber.info

Bahar Muradova MM-in buraxılmasından danışdı

28-11-2019 | Oxunub: 564 |

Bahar Muradova MM-in buraxılmasından danışdı

Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq ölkə gündəmini, dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi.

Mediaxeber.info xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib. O, bu qərarın parlamentin ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli töhfə verdiyini deyib:

“Növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi.

Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır.

Bu başlanğıcın da Azərbaycana və hamımıza faydalı olacağına dərin inamımı ifadə edərək hər birimizə uğurlu-xeyirli olsun deyirəm!”

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA