mediaxeber.info
mediaxeber.info

Əli Həsənovdan vəzifədən çıxarılandan sonra ilk açıqlama

30-11-2019 | Oxunub: 588 |

Əli Həsənovdan vəzifədən çıxarılandan sonra ilk açıqlama

Prezidentin sabiq köməkçisi Əli Həsənov bundan sonra hansı işlə məşğul olacağını açıqlayıb.

Mediaxeber.info xəbər verir ki, bu barədə Ə.Həsənov sosial şəbəkə hesabından məlumat paylaşıb. Prezidentin sabiq köməkçisi bildirib ki, artıq bugündən etibarən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyil, bundan sonra öz fəaliyyətini elmi yaradıcılıq istiqamətində davam etdirəcək.

Ə.Həsənov Heydər Əliyev siyasi kursuna daim sadiq olacağını, Prezident İlham Əliyevin apardığı islahatları dəstəklədiyini də bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA