mediaxeber.info
mediaxeber.info

Elmira Axundova mandatı hansı vəzifəylə dəyişib ?

8-01-2020 | Oxunub: 388 |

Elmira Axundova mandatı hansı vəzifəylə dəyişib ?

Elmira Axundova mandatı hansı vəzifəylə dəyişib? 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova 9 fevralda keçiriləcək parlament seçkilərinə qatılmaqdan imtina edib. Daha doğrusu, namizədliyini irəli sürməyib.

Mediaxeber.info xəbər verir ki, sabiq deputatın belə bir addım atması səbəbsiz deyil.

Belə ki, Axundova bu seçkilərə qatılmamaqla başqa bir məqsəd güdüb. Həmin məqsəd də ondan ibarətdir ki, o, mandatını heç də kiçik olmayan vəzifəyə dəyişib. Mənbə bildirir ki, Elmira Axundova seçkilərdən sonra aparıcı komitələrdən birinə sədr müavini təyin olunacaq. Həmin məlumata görə, sabiq deputat yaxın vaxtlarda Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə sədr müavini təyinatı alacaq.

Xatırladaq ki, YAP-ın aparıcı fiqurlarından biri olan, uzun müddət vitse-spiker postunu tutmuş Bahar Muradova da hakim partiyanın namizədlər siyahısına düşməyib. Muradovanın adının siyahıya düşməməsi onun Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə sədr gətiriləcəyi ilə izah olunurdu.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA