mediaxeber.info
mediaxeber.info

Tiflis ABŞ-ın keçirdiyi sorğunu tənqid etdi

18-01-2020 | Oxunub: 372 |

Tiflis ABŞ-ın keçirdiyi sorğunu tənqid etdi

Gürcüstanda ictimai fikrin tədqiqatı siyasi prosesin bir hissəsidir.
Mediaxeber.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya ABŞ Milli Demokratiya İnstitutunun sorğusunu şərh edərkən deyib.

"Açığını desəm, fərqli tədqiqatlar müəyyən analiz üçün əsas olmaq yerinə, siyasi prosesin bir hissəsinə çevriliblər. Ona görə də mən bu tədqiqatlarla bağlı heç nə deyə bilmərəm", - deyə o bildirib.

Qeyd edək ki, Milli Demokratiya İnstitutunun keçirdiyi sorğuya əsasən, Gürcüstanda demokratiyanın keyfiyyətindən narazı olanların sayı rekord həddə çatıb. Hökumətdən narazıların da sayı maksimuma yüksəlib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA