mediaxeber.info
mediaxeber.info

Ərdoğan belə nöqtə qoydu: Rusiya ilə gərginlik...

5-02-2020 | Oxunub: 300 |

Ərdoğan belə nöqtə qoydu: Rusiya ilə gərginlik...

Rəsmi Ankaranın bu ərəfələrdə Rusiya ilə münasibətlərində gərginlik yaranmasına ehtiyac yoxdur.

Mediaxeber.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında strateji əməkdaşlıq mövcuddur:

“Bunlardan ən vacibi atom elektrik stansiyasının inşasıdır. Hazırda inşa prosesi davam edir”.

İki ölkə arasında digər vacib məsələnin S-400 zenit raket kompleksləri olduğunu deyən Ərdoğan qeyd edib ki, bu razılaşmadan imtina etməkdən söhbət belə gedə bilməz.

Qeyd edək ki, son günlər İdlibdə hadisələrin gərginləşməsi fonunda Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi haqda iddialar səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA