mediaxeber.info
mediaxeber.info

Azərbaycan təhsilin inkişafına böyük önəm verir - Gürcü nazir    

19-09-2019 | Oxunub: 624 |

Azərbaycan təhsilin inkişafına böyük önəm verir - Gürcü nazir     


Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin inteqrasiyasına böyük önəm verir. Təkcə paytaxtda deyil, regionlarda və ucqar kəndlərdə də müasir tipli məktəblərin tikilib istifadəyə verilməsi bunu sübut edir.

Bu sözləri Azərtac-a açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili söyləyib.

O deyib ki, Gürcüstan hökuməti Azərbaycanın Qax rayonunda gürcüdilli məktəb üçün yeni binanın inşa olunmasına çox böyük önəm verir. Müasir tələblərə cavab verən istənilən təhsil ocağının tikilməsi və istifadəyə verilməsi çox müsbət addımdır. "Biz Qax rayonunun Əlibəyli kəndində müasir tipli məktəbin istifadəyə verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik", – deyə L.Xaratişvili vurğulayıb.

Nazir müavini yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini də bildirib. O deyib ki, qarşılıqlı səfərlər, fikir və təcrübə mübadiləsi iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA