mediaxeber.info
mediaxeber.info

BDU-da açılan “siyasi” plakat nəyin mesajıdır ?

27-12-2019 | Oxunub: 400 |

BDU-da açılan “siyasi” plakat nəyin mesajıdır ?

Bu plakatın asılması bir çox məqamları ortaya çıxartdı.

Bu sözləri təhsil eksperti Kamran Əsədov bir neçə gün öncə Bakı Dövlət Universitetinin 2 saylı korpusundan, 6-cı mərtəbənin pəncərəsindən Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsinin asdığı “Pulsuz təhsil” şüarı yazılmış plakatla bağlı danışarkən deyib.

Təhsil eksperti bildirib ki, 6 dəqiqə ərzində pəncərədən asılı qalan plakat bir mesaj da ola bilər:

“Burada qaldırılan şüarda pulsuz təhsil tələbi var. Bu tələb bir qədər sual doğurur, ona görə ki, Azərbaycanda onsuz da pulsuz təhsil var. Dövlət tərəfindən orta ümummtəhsil məktəblərində təhsil tamamilə pulsuzdur. Hazırda ölkədə 51 ali təhsil müəssisəsi var və 164 min tələbə təhsil alır. 164 min tələbənin 2018-ci ilə qədər 31 faizi pulsuz təhsil alırdı. Yerdə qalan 117 min tələbə, yəni 69 faiz ödənişli idi. 2019-cu ildə isə müvafiq sərəncamlara əsasən həm təqaüd alan tələbələrin sayı 16 min artırıldı, eyni zamanda, pulsuz plan yerləri 31 faizdən 45 faizə qaldırıldı . 2020-ci ildə də bu rəqəm 50 faizə çatdırılacaq. Bu il universitetə 43 min nəfər qəbul olunub ki, 21 mini pulsuz təhsil alır.

Ancaq pullu təhsil alan uşaqlar arasında da müəyyən sosial statuslu şəxslər var ki, onlar da təhsil haqqından azaddır. Yəni bu onu sübut edir ki, Azərbaycanda pulsuz təhsil var.

Çoxları hesab edə bilər ki, ali təhsil müəssisələrində pullu təhsil tamamilə ləğv edilsin. Bu ədalətli olmaz. Baxın, biri əziyyət çəkib, dərs oxuyub 600 bal toplayır və pulsuz təhsil qazanıb oxuyur, digəri isə oxumur, əziyyət də çəkmir və o da 200 bal toplayıb pulsuz təhsil alır. Bu nə dərəcədə ədalətlidir?”

K.Əsədovun sözlərinə görə, plakatda solçu təşkilatlardan birinin gerbi də yer alıb:

“Açılan plakata diqqət etmək lazımdır, bəlkə burada hansısa siyasi məqsəd var? Fikir vermisinizsə, plakatın altında hansısa solçu təşkilatın emblemi, gerbi də var. Asılan plakatda olan işarə, onun asıldığı pəncərənin hansı fakültəyə aid olması, hansı tələbənin asması və sair - bunlar hamısı bir mesaj ola bilər. Niyə məhz o pəncərədən, o otaqdan, o fakültədən?

ƏTRAFLI
nar.az
Bildiyim qədəri ilə plakatın açılması təhsilin gedişinə heç bir maneə törətməyib. Təxminən 6 dəqiqə həmin plakat oradan asılı vəziyyətdə qalıb”.

K.Əsədov bildirib ki, plakatı açan tələbə universitetin mühafizə sisteminin zəif olduğunu sübut etdi:

“Burada digər ikinci məqam ondan ibarətdir ki, mühafizə o qədər böyük bir lentin içəri girməsinə necə imkan verib? Açılan plakat kifayət qədər böyükdür və onu adi çantaya qoyub içəri salmaq mümkün deyil. Bu həm də onu deməyə əsas verir ki, deməli universitetə kənar əşyalar salmaq olar. Bakı Dövlət Universitetinin bütün otaqlarında kameralar var. Bu həm də onu göstərir ki, nəzarət mexanizmində problemlər var. Bütün bu nöqsanları ortaya çıxardığına görə əslində həmin tələbə və ya tələbələr mükafatlandırılmalıdır. Artıq universitetin mühafizə sistemi daha ayıq olmalı, içəri girən hər tələbə yoxlanılmalıdır.

Universitet bu məsələni araşdırmağa başlayıbsa, bununla bağlı məlumat yayacaq. Məlumatın hələ də verilməməsinə səbəb məsələnin araşdırılmasıdır”.

Xatırladaq ki, BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilənvinil Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb.

BDU-dan mövzu ilə bağlı verilən sonuncu açıqlamada bildirilib ki, məsələ araşdırılır.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA