mediaxeber.info
mediaxeber.info

Yaponiya İmperatoru taxtını oğluna verdi - VİDEO

30-04-2019 | Oxunub: 1 012 |

Yaponiya İmperatoru taxtını oğluna verdi - VİDEOBu gün Yaponiya İmperatoru Akihito taxt-tacdan imtina ilə əlaqədar dini və ailə ayinlərini başa vurub.

Mediaxeber.info xəbər verir ki, orta əsrlər modasına uyğun geyimdə, başında qədim baş geyimi olan Akihito Tokionun mərkəzində yerləşən İmperator sarayındakı üç məbədi ziyarət edib. Bu məbədlər yapon monarxları sülaləsinin yaradıcısı hesab edilən Günəş ilahəsinə məxsusdur.

Həmin məbədlərdə İmperator öz sələflərinə istirahətə getməsi barədə məlumat verib. Bundan sonra onun oğlu, vəliəhd-şahzadə Naruhito da həmin məbədlərdə müvafiq ayinləri icra edib.

Qeyd edək ki, bu günün ikinci yarısında İmperator sarayının möhtəşəm “Şam ağacı zalı”nda hökumətin üç qolunun nümayəndələrinin – nazirlərin, parlamentin hər iki palatasının sədrlərinin, Ali Məhkəmənin hakimlərinin, həmçinin yerli idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə rəsmi mərasim keçiriləcək. Mərasimdə Baş nazir Şinzo Abe ölkə vətəndaşları adından İmperator Akihitoya minnətdarlığını bildirəcək. Bundan sonra Akihito son dəfə İmperator kimi xalqa müraciət edəcək.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA